• İkirəngli qaspaço resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 378

Tarix : 27-03-2016, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7-8 pomidor
2 şirin bibər
1-3 acı istiot (acılıq dərəcəsinə görə)
3 xiyar
kərəviz
2 qırmızı soğan
2.5 diş sarımsaq
1 dilim çörək
üzüm sirkəsi
zeytun yağı
krevetka (əvəzləmək olar)
tabasko sousu (onsuz da olar)
cəfəri
şüyüd
dəniz duzu

Hazırlanması:
Çörəyin qabığını kəsin, içinin üstünə yarım stəkan su tökün, əzib sıyıq halına salın. İri dəniz duzunu yarım diş sarımsaqla birlikdə həvəngdəstədə əzib çörəyə qatın. 100 ml zeytun yağı qatıb qarışdırın, soyuq yerə qoyun.

Soğanı xırda doğrayın, üzərinə üzüm sirkəsi töküb onu da soyuducuya qoyun.

Ərzağı yaşıl və qırmızı olmaqla iki yerə ayırın.

Yaşıl ərzağı, o cümlədən göyərtini də, blenderdən keçirin, bir qaba yığın, soyuducuya qoyun.

Pomidorun qabığını soyun, blenderdən keçirin. 1 ç.q. şəkər tozu əlavə edə bilərsiniz. Çili istiotu ilə sirkədə islatdığınız soğanı da əlavə edib blenderdə çəkin (sirkəni süzmək lazım deyil).

Çörək "sıyığı"nı 2 yerə bölün: yaşıl və qırmızı şorbalar üçün, yəni yarısını yaşıl qarışığa, yarısını da qırmızı qarışığa əlavə edin, yenidən soyuducuya qoyun.

Tavada yağı qızdırın. 1-2 diş sarımsağı əzib əlavə edin. Krevetkaları bu yağda 1-1,5 dəqiqə o üz-bu üz qızardın.

Əgər şorbalar yaxşı soyumayıbsa, blenderdə ayrı-ayrı içinə buz qataraq çəkə bilərsiniz.

Boşqabın ortasına şaquli kağız qoyun, hər tərəfinə bir rəng şorba tökün. Üzərinə krevetkaları düzün, reyhanla bəzəyin.

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT

İkirəngli qaspaço resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qoyun, əlavə, qırmızı, soyuducuya, yaşıl, qabığını, dəniz, qarışığa, yarım, blenderdən, yarısını, şorbalar, tökün, zeytun, blenderdə, sirkəsi, keçirin, bilərsiniz, sıyığıı, Çörək
BİZİ İZLƏYİN