• Cız-Bız resepti

Reseptin məlumatları Baxış sayı: 15 567

Tarix : 15-06-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Qoyun içalatı (ağciyər, qaraciyər, ürək, bağırsaqlar, böyrəklər)– 2 kq,
Qoyun quyruğu – 300 q,
Kartof – 6 əd.,
Duz – zövqə görə

Hazırlanması:
Əvvəlcə 150 q quyruq xırda-xırda doğranır və cızdağ edilir.
Məhsullar təmiz suda yaxşı-yaxşı yuyulur, doğranır və hərəsi ayrı-ayrı qablara qoyulur.
Əvvəlcə quyruqla ağciyərlər, sonra qara ciyər, böyrəklər, ürək qızardılır. Hamısı bir az duzlanır və bir yerə yığılır.
Sonra quyruğun qalan hissəsi də böyük tikələrə doğranır, ya çöpvari, ya da kubiklər şəklində doğranmış kartof ilə birgə qızardılır və ümumi tavaya yığılır, hamısı qarışdırılır və daha 5 dəqiqə od üstündə saxlanılır (çalışın qurumasın).
Hazır cız-bız nimçəyə çəkilir və isti-isti çörəklə, şorabalarla, albalı salatı və ya sirkəli salatlarla süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: doğranır, xırda, Əvvəlcə, yaxşı, qızardılır, böyrəklər, yığılır, Qoyun, hamısı, tavaya, qarışdırılır, dəqiqə, üstündə, ümumi, birgə, çöpvari, tikələrə, kubiklər, şəklində, kartof
BİZİ İZLƏYİN