• Narlı-badamlı quzu qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 15 038

Tarix : 21-07-2016, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q quzu əti
duz
istiot
1 soğan
0,5 st. zeytun yağı
1 x.q. tomat pastası
1 st. nar dənəsi
1 x.q. un
0,5 st. isti su
1 st. qabığı soyulmuş badam
cəfəri

Hazırlanması:
Quzu ətini quşbaşı doğrayın. Duz, istiot vurun.
Soğanı xırdalayıb zeytun yağında qovurun. Tomat pastası, ət və narı əlavə edib un səpin. Ətin rəngi dəyişənədək qovurun. Qaynar suyu əlavə edib ət yumşalanadək vam odda bişirin. Ocaqdan götürməyə yaxın badamı və iri doğranmış cəfərini əlavə edin.
Düyü və ya başqa qarnirlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, pastası, zeytun, istiot, qovurun, Ocaqdan, yumşalanadək, bişirin, dəyişənədək, səpin, rəngi, götürməyə, Qaynar, doğranmış, süfrəyə, bilərsiniz, olsun, qarnirlə, başqa, badamı
BİZİ İZLƏYİN