• Kitel resepti

Reseptin məlumatları Baxış sayı: 16 965

Tarix : 8-08-2014, 23:18

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir:

2 st. narın bulqur
2 st. qaynar su
1 yumurta
5 x.q. un
duz

İç:
2 x.q. bitgi yağı
1 soğan
350 q yağsız qiymə
duz
qara istiot

Hazırlanması:
Bulqurun üzərinə 2 st. qaynar su töküb isladın. Ağzını örtüb 5 dəqiqə, yumşalanadək saxlayın.

Bu müddətdə soğanı xırda doğrayıb bitki yağında qovurun, qiyməni əlavə edin, 3-4 dəqiqə qovurandan sonra duz və istiot vuraraq ocaqdan götürün.

Yumşalmış bulqura yumurta, un və duz əlavə edib ara-sıra su qataraq xəmir yoğurun.

Bu xəmirdən yumurta böyüklükdə kündələr tutun. Ortasını oyub qiyməni içinə doldurun, ağzını birləşdirib ovcunuzun içində yastılayın.
Bir qazanda su qaynadın, 1 ç.q. su əlavə edin. Kitelləri qaynayan suda 5 dəqiqə bişirin.

Kəfkirlə götürüb boşqablara çəkin. Süfrəyə qatıq və ya xama ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, dəqiqə, qiyməni, istiot, bitki, xəmir, qaynar, doldurun, birləşdirib, ovcunuzun, içinə, ağzını, tutun, xəmirdən, yoğurun, böyüklükdə, kündələr, içində, Ortasını
BİZİ İZLƏYİN