• Badımcan salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 871

Tarix : 4-11-2016, 17:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 badımcan
4 yumurta
1,5 soğan
200 q xama
bitki yağı
4 x.q. sirkə
xardal
duz
şəkər tozu

Hazırlanması:
Badımcanları 3-4 mm qalınlıqda saman kimi doğrayın. Duzlayıb qarışdırın, acısı çıxması üçün saxlayın.

Soğanı təmizləyin, yarımhalqa doğrayıb üzərinə qaynar su tökün. 2 dəqiqə sonra süzün. 1 x.q. şəkər tozu, 0.5 ç.q. duz səpin, 4 x.q. sirkə və yenə qaynar su tökün. Ağzına qapaq qoyub bir kənarda saxlayın.

Yumurtaları suda bərk bişirib təmizləyin, iki bölüb 2 mm qalınlıqda fal-fal doğrayın.

Badımcanı aşsüzənə töküb axar suda yuyun. Sıxıb iti odda bitki yağında qovurun. Yaxşı olar ki, badımcanın əzilməməsi üçün iri tava götürəsiniz. Yaxud da onu hissə-hissə qızartmaq olar.

Badımcan soyuyandan sonra yumurta və marinadı sıxılmış soğanla qarışdırın. Dadına baxıb duz vurun. Xamanı xardalla qarışdırıb salata qatın (mayonez də istifadə edə bilərsiniz).

Badımcan salatı resepti - FOTO RESEPT

Badımcan salatı resepti - FOTO RESEPT

Badımcan salatı resepti - FOTO RESEPT

Badımcan salatı resepti - FOTO RESEPT

Badımcan salatı resepti - FOTO RESEPT

Badımcan salatı resepti - FOTO RESEPT

Badımcan salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: hissə, saxlayın, doğrayın, təmizləyin, qaynar, sonra, tökün, qalınlıqda, qarışdırın, sirkə, şəkər, bitki, yumurta, Badımcan, marinadı, soyuyandan, qızartmaq, yağında, qovurun, əzilməməsi
BİZİ İZLƏYİN