• Ryajenka və ovma piroq resepti

Reseptin məlumatları Baxış sayı: 29 245

Tarix : 18-09-2014, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu maraqlı təam Ukrayna mətbəxinə aiddir.

Ryajenka
Tərkibi:
1 l süd
200 q xama

Hazırlanması:
Südü qalın divarlı emalla qazanda, yaxud saxsı qabda vam odda, qarışdıraraq qaynadın. Krem rəngi alanda ocaqdan götürüb soyudun. Xamanı əlavə edib qarışdırın. 2-3 saat qatılaşmasını gözləyin.

Ovma piroq
Tərkibi:
Xəmir:

200 q un
150 q kərə yağı
1 çimdik duz

Üstünə:
200 q cem, yaxud meyvə
2 x.q. portağal sukatı

Hazırlanması:
Ərzaqlardan xəmir yoğurun. Yarısını sininin içinə yayın. Üzərinə cem, yaxud mövsümi meyvələrdən düzün, doğranmış portağal sukatları səpin.

Xəmirin qalanının sürtgəcin iri gözündən keçirərək piroqun üstünə səpin.

200 dərəcə C qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: yaxud, Hazırlanması, səpin, portağal, Tərkibi, Üzərinə, mövsümi, düzün, doğranmış, meyvələrdən, sininin, xəmir, Ərzaqlardan, yoğurun, Yarısını, içinə, sukatları, yayın, qalanının, sobada
BİZİ İZLƏYİN