• Tiramisu resepti

Reseptin məlumatları Baxış sayı: 4766

Tarix : 1.01.2019, 12:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks üçün;
4 yumurta
1stəkan şəkər tozu
1 stəkan nişasta
1 stəkan un
3 yemək qaşığı su
2 yemək qaşığı duru yağ
3 yemək qaşığı kakao
1 vanil
1 qabartma tozu

Keks üçün sous;
1 stəkan süd
1 yemək qaşığı nescafe
2 yemək qaşığı şəkər tozu

Krem;
1l süd
1 stəkan şəkər tozu
2 yemək qaşığı un
3 yemək qaşığı nişasta
1 vanil
1 labne pendiri(200 gr)

Hazırlanması:
Yumurta və şəkəri bir qaba qoyub mikserlə yaxşı çalın. Yağ və suyu əlavə edin. Biraz sonra isə un, nişasta, kakao, vanil, qabartmanı ələyərək qarışıma əlavə edin. Biraz da çaldıqdan sonra qaba töküb əvvəlcədən isidilmiş 180° sobada bişirin. Sobanı ilk yarım saat ərzində açmayın ki keks qabara bilsin. Keksin bişdiyindən əmin olduqda onu sobadan çıxardın. Bıcaqla xəmir olub olmamasın yoxladıqdan sonra qoyun soyusun. Bıcaq ilə 2 yerə ayırıb üstünə keks sousun qaşıqla hər tərəfinə tökün.
İndi isə kremini hazırlayaq.
Labne pendiri xaric bütün ərzaqları qazana tökün qoyun bişməyə. Bişirdikcə qarışdırmağa davam edin ki yapışmasın və həll olsun. Qatılaşdıqda isə qazın üstündən götürüb soyumağa qoyun. Tam soyuduqda isə labne pendirin əlavə edib mikserlə çalın.
Artıq gəldik ən maraqlı hissəyə. Keksimizi bitirməyə.
Ayırdığınız keksin 1in qoyun qaba. Çalışın qabınızın kənarları bağlı olsun ki krem tökülməsin. Keksin üstünə kremi töküb yayın. Sonra digər keksi onun üstünə qoyub qalan kremi əlavə edin. Bıcaq ilə səliqəyə salıb soyuducuya qoyun. 1 gün qalması yaxşıdı. Soyuducudan çıxartdıqda üzərinə kakao səpin. Və budur Tiramisu hazırdır. Qeyd: Əsl Tiramisu resepti bu deyil. Və kakaonu keks soyuducuda qalmamış tökməyin. Əks halda kakao topa qala bilər.

Nuş olsun!


Etiketlər: yemək, qaşığı, qoyun, kakao, stəkan, əlavə, üstünə, vanil, sonra, nişasta, şəkər, kremi, Biraz, töküb, tökün, Keksin, olsun, Bıcaq, Tiramisu, pendiri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN