• Yağsız rəvani resepti

Reseptin məlumatları Baxış sayı: 18 103

Tarix : 11-06-2016, 13:00

Bölmə : Piroq və Kekslər / Şərbətli şirniyyatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta,
1 çay stəkanı şəkər,
1 stəkan qatıq,1 stəkan irmik,
1 stəkan un,
1 paket qabartma tozu,
1 paket vanilin,
1 ədət limon qabığı rəndəsi,
bir az duz,

Şərbəti üçün:
2 stəkan şəkər,
2 stəkan su,
yarım limon suyu,
1 azca duz,

Üst kremini:
2,5 stəkan süd,
3 yemək qaşığı un,
4 yemək qaşığı şəkər,
2 yemək qaşığı hind qozu,

Hazırlanması:
Rəvani hazırlamaq üçün lazım olan ərzaqların hamısını bir qabda çırpıb yağlanmış fırın sinisinə tökün.
Əvvəlcədən 200 dərəcə qızdırdığınız fırında bişirin.
Rəvani bişərkən su,limon və şəkəri qazanda qaynamağa qoyun.
Şərbəti15 dəqiqə qaynadıb ocaqdan alın.
Keksli şirniyyatlarda ya şərbət isti olacaq, keks soyuq , ya da əksinə olacaqdır. Bəzən də hər ikisi- həm şərbət, həm də keks ilıq olacaqdır.
Ona görə də şirniyyatın şərbətini bunlardan birinə uyğun tökməyə çalışın.
Üzəri üçün kremi hazırlayanda əvvəlcə unu qovurun ki, unun iyi olmasın.
Unun iyi olmayanda keks daha ləzzətli olur. Kremi hazırlamaq üçün bütün ərzaqları qatıb bişirin.
Bişən kremi mikserlə yaxşıca çırpıb bişirdiyiniz şirniyyatın üzərinə yayın.
Şirniyyatı ən az 2-3 saat gızlədin ki, daha da dadlı olsun.
Hətda bir gün əvvəlcədən də bişirə bilərsiniz.
Ancaq kremini bir gün əvvəlcədən hazırlamayın.
Kremini də əvvəlcədən hazırlasanız onda şirniyyatınız kıhnəlmiş kimi görünəcəkdir.

Nuş olsun!
Etiketlər: stəkan, qaşığı, limon, əvvəlcədən, şəkər, yemək, hazırlamaq, çırpıb, Rəvani, olacaqdır, olsun, kremi, şirniyyatın, kremini, bişirin, şərbət, paket, Kremi, ləzzətli, olmayanda
BİZİ İZLƏYİN