• Tiramisu keksləri resepti

Reseptin məlumatları Baxış sayı: 13 956

Tarix : 24-07-2016, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
200 q şəkər tozu
165 q otaq temperaturunda kərə yağı
4 yumurta
260 q un
1 ç.q. qabartma tozu
4 x.q. qaynar su ilə qarışdırılmış 2 x.q. üyüdülmüş qəhvə
80 q rikotta
1 ç.q. vanil cövhəri

krem:
500 q maskarpone
100 q 33%-li qaymaq
4 x.q. şəkər pudrası
1 x.q. qəhvə likörü

şərbət:
250 q şəkər tozu
160 ml su
2 x.q. üyüdülmüş qəhvə

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Formaların içinə kağız içliklər qoyun.
Şəkər tozunu kərə yağı ilə həcmi artanadək çalın. Aşağı sürətlə çalmağa davam edərək bir-bir iki yumurta, sonra qabartma tozu ilə qarışdırılmış 130 q un, üzərinə 4 x.q. qaynar su tökülmüş 2 x.q. qəhvə əlavə edin. Sonra daha 2 yumurta, 130 q un, vanil qatıb çalın, sonda rikottanı əlavə edin.

Dondurma üçün qaşıqla xəmirdən götürüb formaların içindəki kağızların üzərinə qoyun (2/3-si qədər). 45 dəqiqə sobada bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın. Soyudun.

Kekslər soyuyanadək krem və şərbəti hazırlayın. Şərbət: şəkər tozunu su və qəhvə ilə qarışdırın, ocağın üstünə qoyun, qaynara düşəndən sonra 3 dəqiqə qaynadın. Otaq temperaturunadək soyudun.

Krem: qaymaq və maskarponeni şəkər pudrası ilə çalın, likör əlavə edin.

Kekslərin yuxarı hissəsini kəsin, hər iki yarısına şərbət hopdurun. Kremi konditer şprisinə yığıb əvvəlcə altdakı yarının üzərinə krem sıxın, sonra üst qatı qoyub üzərini bəzəyin.
Üzərinə kakao səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qəhvə, şəkər, qoyun, çalın, sonra, əlavə, üzərinə, yumurta, qarışdırılmış, dəqiqə, şərbət, qaymaq, tozunu, pudrası, qaynar, üyüdülmüş, vanil, qabartma, qaynadın, düşəndən
BİZİ İZLƏYİN