• Ağıllı pirojna resepti

Reseptin məlumatları Baxış sayı: 45 868

Tarix : 16-08-2014, 05:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu pirojnanı hazırlayanda ərzaqlar qarışır və duru xəmir alınır. Amma sobada onlar "ağıllıca", öz-özünə aralanır: ortasında krem olan tort əmələ gəlir. Bu, ərzaqların yağlılıq dərəcəsi fərqli olduğuna görə belə alınır.

Tərkibi:
4 yumurta
125 q yağ
500 ml isti süd
115 q un
150 q şəkər tozu
0,5-1 ç.q. vanil
1 x.q. su

Hazırlanması: (20x20 sm-lik forma)
Yumurta ağlarını sarılardan ayırın.

Yumurta ağlarını bir çimdik duzla möhkəm çalın.

Yumurta sarılarını şəkər tozu, vanil və su ilə çalın.

Yağı əridin, azca soyudun.

Soyumuş yağı çalınmış yumurta sarısına əlavə edib yenə çalın.

Unu hər dəfə yaxşıca çalmaqla üç dəfəyə əlavə edin.

Südün yarısını tökün, yaxşıca çalın, sonra südün qalan yarısını da töküb möhkəm çalın.

Yumurta ağlarını ehtiyatla əlavə edin, qaşıqla altını üstünə çevirməklə ehtiyatla qarışdırın.

Formanı yağlayıb içinə un səpin (formanın kənarları açılan olmasın).

Xəmiri tökün (o, hətta blinçik xəmirindən də duru olur).

175 dərəcə qızdırılmış sobada 40-80 dəqiqə bişirin (bu, sobadan asılıdır). Üstü yaxşıca qızarmalıdır, içi isə yumşaq olmalıdır.

Tam soyudun. Üzərinə şəkər pudrası səpin. Doğrayın.

Nuş olsun!
Etiketlər: çalın, Yumurta, ağlarını, şəkər, əlavə, yaxşıca, yumurta, möhkəm, səpin, alınır, ehtiyatla, sobada, soyudun, tökün, yarısını, vanil, formanın, kənarları, içinə, qarışdırın
BİZİ İZLƏYİN