• Çiyələkli tart resepti

Reseptin məlumatları Baxış sayı: 2 482

Tarix : 9-07-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Sevinc


Tərkibi:
Xəmiri üçün:
●250 qram un (təqribi 2 stəkan)
●175 qram kərə yağı
●yarım stəkan şəkər tozu
●yarım stəkan soyuq su

Üzəri üçün:
●çiyələk
●hazır çiyələkli jele

Hazırlanması:
Əvvəlcə qeyd edim ki kərı yağı soyuducuda qalmalıdır bərk olmalıdır.Yağı unla ya əlimizlə ya da mikserlə yaxşıca qarışdırırıq.Çörək qırıntısı halına gəldikdən sonra şəkər tozunu,sonra isə suyu əlavə edib qarışdırırıq.Hazır olmuş xəmir ən az yarım saat soyuducuda qalmalıdır.Sonra çıxarıb yuxa şəklində açıb ,yağlanıb unlanmış qaba səririk (qalınlığını özünüz seçin).Sonra şişməməsi üçün çəngəllə üzərində deşiklər açırıq və 180° də 30-40 dəq bişiririk.Sobadan çıxarandan sonra soyumasını gözləməkiyik.Sonra çiyələkləri istədiyumiz formada kəsib üzərinə düzüb jeleni çəkirik (jele hazır şəkildə şirniyyat satılan terlərdə olur,bununçun çox əziyyət çəkməyin)
Tartımız hazırdır.

Nuş olsun!
BİZİ İZLƏYİN