• Garagilə cemli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 712

Tarix : 25.07.2017, 21:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
100 gr yumuşax kərə yağı
1 yumurta
1 ç.g. gabartma tozu
4 y.g. şəkər tozu
1 dolu stakan və 2-3 y.g. un
1 cimdik duz
1 paçka vanil
Turşməzə gatı cem

Hazırlanması:
1. Yumuşax yağı şəkərlə, vanillə yaxşıca çalmax.
2. Yumurtanı əlavə etmək və yenə biraz çalmax ki, yumurta yağa tam garışsın.
3. Bura 1 stakan unu, gabartma tozunu ələmək, 1 cimdik duz vurmak və əvvəlcə gaşıxla garışdlrmak, sonra isə əl ilə xəmiri toplamax. Əlavə biraz da un lazım olacax, az-az əlavə edin ki, artıg olmasın. Elə ki xəmir ələ yapışmaz hala gəldi, demək oldu! Artıg un əlavə etmək olmaz, yoxsa xəmir sərt alınar. Çox yumuçag bir xəmir olmalıdır. Və eyni zamanda bu xəmiri çox yoğurmak olmaz, ələ yapışmayan kimi artıh yoğurmayı dayandırın.
4. Xəmiri 5 dəg. dincəlməyə buraxın. Sonra ondan 1/4 hissəni ayırın və buzluğa goyun ki, bərkisin.Yerdə galan çox hissəni isə divarları çox hündür olmayan pirog gabına əlinizlə bastırarak yayın. Gabı əvvəldən yağlayın və biraz unlayın. Verilən bu xəmir ölçüsünə 18 diametrli gab lazımdır, yada mənim kimi kiçik tartolet gablar istifadə edə bilərsiz. Xəmiri çoxda galın etməyin, bu keks xəmiri deyil axı, daha çox gurabiyə xəmiridi, çox galın etsəniz, xoş olmayacax.
5. Xəmiri pirog gabına yerləşdirəndən sonra üstünə cemi tökün və hər tərəfə eyni ölçüdə yayın.Əgər ceminiz duru halındadır, onda cemi bir gabın içində əvvəlcə 1 ç.g. kraxmal ilə garışdırın ki, bişəndə kraxmal duru cemi "yığacax" və gatılaşdıracak.
6. Buzlugdan bərkimiş xəmiri çıxardın və cemin üstünə rəndədən keçirin. Xəmiri buzluğa goymasanız, rəndədən çətinliklə keçirə biləcəksiz, ona görə buzluğa goymak lazımdır.
Əvvəldən 180t isidilmiş sobada 30-40 dəg. bişirin. Bişən pirogu 5 dəg. ilınmasını gözləyin, sonra isə gabdan çıxardın.

Nuş olsun!

Etiketlər: Xəmiri, xəmiri, xəmir, buzluğa, sonra, biraz, əlavə, stakan, galın, əvvəlcə, cimdik, gabartma, rəndədən, hissəni, çıxardın, yumurta, yayın, kraxmal, üstünə, pirog
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica