• Cemli qurabuyə resepti

Reseptin məlumatları Baxış sayı: 7 679

Tarix : 4-08-2017, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
250 qr yağ,
1 st. şəkər tozu,
1 ədəd yumurta,
1 paket vanil,
0.5 paket qabartma tozu,
3.5 st. un

Üzəri üçün:
cem,
rəngli şəkər

Hazırlanması:
Əvvəlcə yağ və şəkər tozunu qarışdırırıq. Üzərinə yumurta əlavə edib, qarışdırmağa davam edirik. Xəmirin rəngi ağarandan sonra qabartma tozu, vanil və un qatıb, ələ yapışmayan xəmir yoğururuq. Xəmirdən iki eyni ölçüdə ulduz kəsib, birinin içindən kiçik formada yenidən kəsirik. Üst-üstə yerləşdirib, cem qoyuruq. Üzərinə rəngli şəkərlər tökürük. Zövqə görə qoz da tökmək olar. Bütün xəmiri bu qayda ilə hazırladıqdan sonra soba qabına düzüb 170º istilikli sobada bişiririk.

Nuş olsun!
Etiketlər: şəkər, rəngli, Üzərinə, sonra, qabartma, yumurta, paket, vanil, qoyuruq, tökürük, yerləşdirib, şəkərlər, formada, kiçik, Zövqə, yenidən, kəsirik, hazırladıqdan, düzüb, istilikli
BİZİ İZLƏYİN