• Rəşid halvası resepti

Reseptin məlumatları Baxış sayı: 16 017

Tarix : 21-11-2014, 12:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2-3 st. un
8 yumurtanın ağı
2 yumurtanın sarısı
bitki yağı
400 q bal
400 q şəkər tozu

Hazırlanması:
Yumurta ağlarını 15-20, sarılarını isə 10-15 dəqiqə ərzində çalın. Sonra birləşdirin və 20-25 dəqiqə ərzində hissə-hissə un tökməklə qarışdırın. Bu zaman xəmirin temperaturu 20 dərəcə Selsidən artıq olmamalıdır.
Xəmiri 250-300 q olmaqla hissələrə ayırın. Hər hissəni 3 mm qalınlıqda yayın. Yuxaları aralarına un səpməklə üst-üstə yığın. Sonra bunu bıçaqla yarıya bölün. Hər hissəni rulet kimi büküb əriştə formasında doğrayın. Alınan əriştəni otaq temperaturunda qurudun.
Əriştələri bitki yağında 5-7 dəqiqə, azacıq qızarana qədər qovurun. Sonra kəfkirlə aşsüzənə yığın ki, yağı axsın.

Ayrıca qazanda balla şəkəri qarışdırıb vam odda 20-30 dəqiqə bişirin. Əriştəni siniyə yığın. Üzərinə ballı sirop tökün, sonra isə hamar olması üçün əlinizlə yastılayın. Hazır Rəşid halvasını romb şəklində doğrayaraq süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, yığın, Sonra, yumurtanın, ərzində, hissəni, hissə, bitki, Ayrıca, axsın, balla, bişirin, qarışdırıb, şəkəri, qazanda, kəfkirlə, azacıq, yağında, Əriştələri, qızarana
BİZİ İZLƏYİN