• Un halvası resepti

Reseptin məlumatları Baxış sayı: 15 810

Tarix : 8-07-2016, 14:00

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 su stəkanı qovrulmuş un
1 stəkan kərə yağı
yarım paket vanil
1 fincan fıstıq vəya badam
3 su stəkanı şəkər
4 su stəkanı qaynar su vəya süd

Hazırlanması:
Qazanda yağı əridib, qovrulmuş unu və fıstığı içinə qatın.
Taxta qaşıqla davamlı qarışdıraraq orta dərəəli atəşdə 35-40 dəqiqə qədər qovurun.
Üzərinə qaynar su ya da süd töküb, bir iki dəfə qarışdırın, sonra vanil və şəkəri də əlavə edin, qazanın ağzını bağlayıb, çox yüngül atəşdə bir az bişirin.
Sonra atəşi söndürüb dəmlənməyə buraxın, süfrəyə təqdim edərkən üzərini fıstıq və ya badamla bəzəyib darçın səpin.

Nuş olsun!
Etiketlər: stəkanı, atəşdə, qaynar, vanil, fıstıq, qovrulmuş, bağlayıb, yüngül, Sonra, atəşi, bişirin, sonra, şəkəri, qazanın, söndürüb, ağzını, əlavə, süfrəyə, bəzəyib, darçın
BİZİ İZLƏYİN