• Zeynəbin barmaqları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26 659

Tarix : 9-08-2014, 23:09

Bölmə : Şərbətli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Yaxın Şərqdə "Asabe Zainab" adlı bir desert var. Tərcümədə "Zeynəbin barmaqları" deməkdir. Bu, barmaq boyda, yağda qızardılmış və şərbətə batırılmış şirniyyatdır.

Tərkibi (20 ədəd):
Xəmir:

100 q un
80 q mannı yarması
1 ç.q. quru maya
0,5 x.q. şəkər tozu
1 çimdik duz
30 q kərə yağı
2 x.q. zeytun yağı
6-8 x.q. isti su

Şərbət:
2 çay fincanı şəkər tozu
1 fincan su
1 ç.q. limon şirəsi

Qızartmaq üçün:
bitki yağı

Hazırlanması:
Əvvəlcə şərbəti bişirmək lazımdır. Tavaya su tökün, şəkər əlavə edib əriyənədək və qaynara düşənədək qarışdırın. 1 ç.q. limon şirəsi əlavə edib 5-7 dəqiqə bişirin. Ocağı söndürüb şərbəti soyudun.
Zeynəbin barmaqları resepti - FOTO RESEPT


Xəmiri əlinizlə, yaxud robotda yoğura bilərsiniz.
Un, mannı, maya, duz, şəkər tozunu qarışdırın. İsti süd, zeytun yağı və ərinmiş kərə yağını (qaynar olmasın, yoxsa mayanı yandırar) əlavə edib yoğurun.
Zeynəbin barmaqları resepti - FOTO RESEPT


Xəmiri 20 yerə bölün (qoz boyda).
Zeynəbin barmaqları resepti - FOTO RESEPT


Ona forma vermək üçün iri gözlü sürtgəc götürün. Xəmir kündələrini barmaq formasına salın, sonra onu sürtgəcin üstünə barmağınızla yayın, azca basın.
Zeynəbin barmaqları resepti - FOTO RESEPT


Barmağınızı yuxarı doğru hərəkət etdirin, xəmiri bükərək sürtgəcin üstündən çıxarın, masaya düzün.
Zeynəbin barmaqları resepti - FOTO RESEPT


20 dəqiqə saxlayın.

Yağı qızdırın. "Barmaqları" qızılı rəng alanadək qızardın.
Zeynəbin barmaqları resepti - FOTO RESEPT


Dərhal da soyumuş şərbətə salın. Şərbətdə 1-2 dəqiqə saxlayıb qaba düzün (bir hissə yağda qızarırkən digər hissəni şərbətə salın).
Zeynəbin barmaqları resepti - FOTO RESEPT

Zeynəbin barmaqları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, dəqiqə, şərbətə, əlavə, salın, Xəmiri, sürtgəcin, mannı, limon, şərbəti, qarışdırın, şirəsi, düzün, zeytun, Xəmir, barmaq, yağda, boyda, yayın, bölün
BİZİ İZLƏYİN