• Şokoladlı krembo tortu resepti

Reseptin məlumatları Baxış sayı: 16 999

Tarix : 15-06-2015, 13:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
korj:

0,5 st. kakao (70 q)
1 st. su (240 ml)
250 q şəkər tozu
200 q kərə yağı
8 yumurtanın sarısı
190 q un
1 paket qabartma tozu (10 q)

merengi:
8 yumurtanın ağı
350 q şəkər tozu
1 qutu instant vanilli pudinq (80 q)

qlazur:
75 q tünd şokolad
1/3 st. kakao (50 q)
1/4 st. şəkər tozu (50 q)
1/3 st. su (80 ml)
100 q soyuq kərə yağı

Forma 32x32 sm

Hazırlanması:
Korj:

Sobanı 160 dərəcə qızdırın. Tavada su, kakao, şəkər tozu, kərə yağını qarışdırıb eynicinsli kütlə alınanadək bişirin.
Azca soyudun, yumurta sarıları, un və qabartma tozu qatıb qarışdırın.
Formaya perqament döşəyin. Xəmiri töküb hamarlayın, 30 dəqiqə bişirin.
Bişib-bişmədiyini çöplə yoxlayın.
Korju şəbəkənin üzərində soyudun.

Merengi:
Yumurta ağlarını şəkər tozu və instant pudinqlə parlaq, axıcı olmayan kütlə alınıncayadək çalın.
3 sm diametri olan ucluğu konditer torbasına birləşdirin, içini merengi ilə doldurun.
Sobanı 140 dərəcə qızdırın.
Korju 2, yaxud 3 yerə bölün. Perqament döşənmiş siniyə qoyun. Korjun üzərinə 4 yanaşı zolaq merengi çəkin. Üzərinə 3, bunun üzərinə daha 2 merengi zolağı çəkin.
20 dəqiqə bişirin. Merenginin üstü quru olmalıdır. Otaq temperaturunadək soyudun.

Qlazur:
Şokolad, kakao, su, şəkər tozu, kərə yağını tavada qarışdırıb eynicinsli kütlə alınanadək bişirin.
Azacıq soyudandan sonra merenginin üstünə gəzdirin.
Soyuducuda bir neçə saat saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, merengi, bişirin, kakao, soyudun, kütlə, yağını, Korju, çəkin, qızdırın, qarışdırıb, alınanadək, dəqiqə, üzərinə, yumurtanın, Sobanı, eynicinsli, dərəcə, instant, qabartma
BİZİ İZLƏYİN