• Ətli ovdux-doğramac resepti

Reseptin məlumatları Baxış sayı: 15 516

Tarix : 6-03-2016, 23:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
Hər payı üçün:
108 q qoyun əti,
200 q qatıq,
100 q təzə xiyar,
40 q göy soğan,
5 q keşniş,
10 q şüyüd,
20 q yumurta,
duz.

Hazırlanması:
Qatıq əvvəlcədən qaynadılıb soyudulmuş suda açılır. Xiyar soyulub dilimlənir. Mal əti ayrıca bişirilib soyudulur və 10-15 q-lıq tikələr şəklində doğranır. Yumurta da suda bişirilib soyudulur və dilimlənir. Keşniş, şüyüd və soğan çərtilir. Bunlar su qatılmış qatıqla qarışdırılır, içinə duz vurulub soyuducuya yerləşdirilir. Ovdux soyuq halda süfrəyə verilir.
Ovdux ətsiz də hazırlana bilər.

Nuş olsun!
Etiketlər: dilimlənir, bişirilib, soyudulur, şüyüd, Ovdux, soğan, bilər, qarışdırılır, hazırlana, olsun, qatılmış, çərtilir, Bunlar, içinə, qatıqla, vurulub, halda, süfrəyə, verilir, soyuq
BİZİ İZLƏYİN