• Marinə edilmiş sarımsaq resepti

Reseptin məlumatları Baxış sayı: 14 200

Tarix : 14-10-2014, 17:00

Bölmə : Turşular

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq təmizlənmiş sarımsaq

Marinad üçün:
200 q 9%-li sirkə
200 q su
20 q duz
50 q şəkər tozu
4 dənə istiot (qara, dənəvər)
3 dəfnə yarpağı
2 ç.q. xmeli-suneli

Hazırlanması:
Əvvəlcə marinadı hazırlayın. Bunun üçün göstərilən ərzaqları qarışdırın. Ocağın üstə qızdırın. Qaynara düşən kimi ocaqdan götürüb soyudun.

Sarımsağı dişlərinə ayırıb, qabığını soyun. Aşsüzənə yığıb üzərinə qaynar duzlu su tökün (0,5 l suya 50 q duz). Sonra tez soyudun. Bunun üçün aşsüzəni soyuq su ilə dolu ləyənə salın.

Sonra sarımsağı şüşə bankaya yığıb üzərinə marinad tökün. Ağzına qalın kağız kəsib, iplə bağlayın, 15-22 dərəcə temperaturda saxlayın.

Nuş olsun!
Etiketlər: tökün, Sonra, Bunun, yığıb, üzərinə, soyudun, aşsüzəni, soyuq, qabığını, soyun, ləyənə, qaynar, duzlu, Aşsüzənə, salın, dərəcə, bağlayın, temperaturda, saxlayın, olsun
BİZİ İZLƏYİN