• Şilekli resepti

Reseptin məlumatları Baxış sayı: 13 814

Tarix : 16-03-2016, 10:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
1 x.q. kərə yağı
1 yumurta
300 q qoyun əti
1 baş soğan
1 st. bitki yağı
qara istiot
duz

Hazırlanması:
Un, yumurta, duz və kərə yağından xəmir yoğurun. Üzərini sellofanla örtüb 30 dəqiqə saxlayın.
Qoyun əti ilə soğanı iki dəfə ət maşınından keçirin. 3 x.q. su əlavə edin, duzlayıb-istiotlayıb qarışdırın.
Hazır xəmiri nazik yayıb 15x15 sm ölçüdə kvadratlara kəsin. Ortasına qiymə qoyun. Xəmirin kənarlarını elə qatlayın ki, üçbucaqlı alınsın. Qıraqlarını yaxşıca bükün.
Çoxlu bitki yağı tökülmüş tavada, yaxud fritürda qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: bitki, qoyun, yumurta, Xəmirin, kənarlarını, üçbucaqlı, qiymə, qatlayın, kvadratlara, piroq resepti, ölçüdə, alınsın, kəsin, Ortasına, bükün, fritürda, qızaranadək, bişirin, olsun, yaxud
BİZİ İZLƏYİN