• Forşmak resepti

Reseptin məlumatları Baxış sayı: 3 960

Tarix : 3-10-2018, 12:00

Bölmə : Balıq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
300 qr. duzlu siyənək balığı (seledka)
4 yumurta
1 baş soğan
1 turş alma
100 qr. kərə yağı
duz
istiot
1 parça çörəyin içi

Hazırlanması:
1.Çörəyin içini ovun və isti suda islanmağa qoyun.
2.Siyənək balığını tıxlardan tam təmizləyin. Tikələrə kəsin.
3.Almanın qabığını soyun. Doğrayın.
4.Yumurtaları bərk olana kimi bişirin. Qabığını soyun. Soyudun.
5.Blendorun qabına siyənək balığı, kərə yağı, alma, yumurta və sudan sıxılmış çörəyi qoyun. Hamısını blendordan keçirdin tam bir birinə qarışsın və paştet halına gəlsin qarışım.
6.Baş soğanı lap xırda kəsin və hazırladığımız qarışıma əlavə edin.
7.Duz və istiot səpin. 2-3 saat soyuducuda gözlədin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: istiot, kəsin, soyun, yumurta, qoyun, balığı, siyənək, olsun, keçirdin, birinə, blendordan, qarışsın, Hamısını, qabına, sudan, sıxılmış, çörəyi, paştet, halına, qarışıma
BİZİ İZLƏYİN