• Uşaqlar üçün balıqlı kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 1455

Tarix : 16.12.2020, 12:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri, Uşaq yeməkləri, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
400 qr balıq filesi
1 ədəd toyuq yumurtası
6 ədəd bildirçin yumurtası
2 dilim ağ çörək
6 x/q süd
3 x/q çörək suxarısı
Duz (zövqə görə)

Hazırlanması:
Birinci balığı hazırlayaq. Biz məsləhət görərdik ki, evdə hazırlanmış balıq filesi olsun. Bunun üçün ağ balığı yaxşıca yuyuruq və kağız dəsməlla qurulayırıq. Daha sonra əlinizlə və ya maqqaşla qılçıqları təmizləyirik.
Balıqları xırda doğrayın. Mətbəx kombaynından və ya blenderdən keçirin.

Ağ çörəyi bir neçə dəqiqə isti süddə saxlayın. Daha sonra yaxşı sıxın ki, kotlet çox boş olmasın.
Balığı, südə batırılmış çörəyi və 1 ədəd yumurtanı birlikdə yaxşı qarışdırırıq.
Bildircin yumurtalarını 3-4 dəqiqə suda bişirin. Bişdikdən sonra soyuması üçün soyuq suya qoya bilərsiniz.

Əlinizi soyuq suya salın, daha sonra hazır olan balıq filesindən təxminən əlinizin içinə yerləşəcək boyda götürün və əlinizdə düzləşdirin (şəkildəki kimi). Ortasına 1 ədəd bildirçin yumurtası qoyun. Daha sonra balıq filesi ilə onu yumru kotlet formasında bükün. Kotleti elə hazırlayın ki, yumurta görünməsin. Daha sonra kotleti çörək suxarısına hərtərəfli bulayın. Hazır olan kotletləri buxar qazanında bişirin.
Əgər buxar qazanınız yoxdursa, sobada da bişirə bilərsiniz. Bunun üçün sobanı 180 dərəcədə qızdırın. Qabın içini duru yağla yağlayın və kotletləri buraya düzün və 40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: sonra, balıq, çörək, bişirin, dəqiqə, filesi, yumurtası, yaxşı, kotlet, kotletləri, Bunun, balığı, bildirçin, çörəyi, bilərsiniz, soyuq, buxar, formasında, Ortasına, qoyun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN