• Fiyong pörtlədilmiş pomidor və sous resepti

Reseptin məlumatları Baxış sayı: 12 075

Tarix : 1-09-2016, 21:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
»»250 qr Fiyong
»»500 qr qırmızı pomidor
»»1 kiçik dəstə reyhan
»»1 diş sarımsaq
»»Zeytun yağı
»»Balzamik sirkə
»»Duz
»»Üyüdülmüş qara bibər
»»Parmezan pendiri

Hazırlanması:
Sobanı 200°C qədər isitmək.
Pomidorları yumru halqalara doğrayıb tavaya yığmaq.
Zeytun yağı, duz, istiot və xırda doğranmış bir diş sarımsaq əlavə etmək.
Hər pomidorun üzərinə zeytun yağında isladılmış reyhan yarpağını qoymaq.
Pomidorları tündləşənədək 30 dəqiqə ərzində sobada qızartmaq.
Sonra onları reyhan ilə birlikdə blenderdən keçirmək.
İri doğramaq və bir yemək qaşığı zeytun yağı və balzamik sirkə əlavə etmək.
İstəyə görə bir daha duz və istiot əlavə etmək.
Fiyong pastasını qaynatmaq.
Biraz zeytun yağı vurulmuş pastanı boşqaba qoymaq, üzərinə sous və parmezan əlavə etmək, reyhan ilə bəzəmək.

Nuş olsun!
Etiketlər: etmək, reyhan, əlavə, zeytun, Pomidorları, istiot, üzərinə, sirkə, qoymaq, Fiyong, sarımsaq, onları, Sonra, birlikdə, qızartmaq, blenderdən, keçirmək, sobada, pomidor, yarpağını
BİZİ İZLƏYİN