• Ərik qurusu ilə yerkökü keksləri resepti

Reseptin məlumatları Baxış sayı: 15 278

Tarix : 26-01-2016, 23:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q yerkökü
50 q ərik qurusu
1 portağalın sedrası
120 q arpa unu
120 q buğda unu
1/2 ç.q. qabartma tozu
2 yumurta
150 q qəhvəyi şəkər tozu
150 ml bitki yağı
1 ç.q. darçın

Hazırlanması:
Yerkökünü sürtgəcin xırda gözündən keçirin. Ərik qurusunun üzərinə qaynar su töküb bir qədər saxlayın, xırda doğrayın.
Portağalın sedrasını çıxarın.
Yumurta ilə şəkər tozunu qabarınca çalın. Yerkökü, ərik qurusu, sedra, darçın və yağ əlavə edib yaxşıca qarışdırın.

Unu qabartma tozu ilə qarışdırıb yumurtalı qarışığa əlavə edin.

Xəmiri formalara töküb 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Xəmiri tökməmişdən əvvəl formaları kərə yağı ilə yağlayıb kakao tozu səpə bilərsiniz. Həm dadlı olur, həm də görünüşü fərqlənir.

Nuş olsun!
Etiketlər: şəkər, darçın, töküb, xırda, Xəmiri, qabartma, qurusu, əlavə, qızdırılmış, sobada, dəqiqə, sedra, yaxşıca, qarışdırın, qarışığa, yumurtalı, bişirin, formalara, qarışdırıb, dərəcə
BİZİ İZLƏYİN