• Şokoladlı markiza resepti

Reseptin məlumatları Baxış sayı: 14 258

Tarix : 9-11-2015, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
225 q peçenye (150 q korj, 75 q - iç üçün)
40 q əridilmiş kərə yağı
200 q tünd şokolad
200 q kərə yağı
2 yumurtanın sarısı
275 q şəkər tozu
3 x.q. qəhvə likörü
75 q qovrulmuş badam
60 q əncir qurusu
60 q kişmiş
50 q çalınmış qaymaq
150 q südlü şokolad

Hazırlanması:
150 q peçenyeni blenderdə xırdalayıb ərinmiş kərə yağı ilə qarışdırın. Piroq üçün formanın (kənarları açılan) içinə perqament döşəyin. Qarışığı içinə töküb, bərabər yayın, qaşığın köməkliyi ilə basıb hamarlayın. Dondurucuya qoyun.

200 q kərə yağı ilə şokoladı odadavamlı kasaya qoyub su hamamına yerləşdirin. Eynicinsli kütlə alınanadək qarışdırın.

Yumurta sarılarını şəkər tozu ilə çalıb şokoladlı qarışığa əlavə edin. Likör, badam, doğranmış əncir qurusu, kişmiş və 75 q xırdalanmış peçenye əlavə edib qarışdırın. Dondurucudakı korju çıxarıb içi üzərinə bərabər qaydada yayın. Yenidən dondurucuya qoyun.

Qaymağı qazançaya töküb ocağın üstə qoyun, qaynara düşəndə götürüb içinə xırdalanmış şokolad tökün, eynicinsli kütlə alınanadək qarışdırın.

Dondurucudakı piroqu çıxarıb qlazuru üstünə çəkin, yenidən dondurucuda 2-4 saat saxlayın.

Süfrəyə verməzdən bir qədər əvvəl otaq temperaturunda saxlayın.

Nuş olsun!
Etiketlər: qarışdırın, içinə, qoyun, şokolad, kişmiş, Dondurucudakı, xırdalanmış, yayın, töküb, bərabər, qurusu, çıxarıb, saxlayın, əlavə, əncir, şəkər, kütlə, alınanadək, peçenye, badam
BİZİ İZLƏYİN