• Şəkərparə resepti

Reseptin məlumatları Baxış sayı: 32 070

Tarix : 13-05-2017, 22:00

Bölmə : Şərbətli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Un – 4 st
Yumurta – 2 ədəd
Kərə yağı – 5 x.q.
Şəkər kirşanı – 2 st.
Manna yarması – 4 x.q.
Qabartma tozu – 10 qr.
Vanil – 10 qr.

Şərbət üçün:
Limon suyu – ½ st.
Şəkər tozu – 3 st.
Su – 4 st.

Üstü üçün:
Fındıq ləpəsi – bir ovuc

Hazırlanması:
Otaq istiliyində yumşaldılmış kərə yağının üzərinə sıra ilə şəkər kirşanı, yumurta, manna yarması, qabartma tozu və vanil əlavə edilib krem şəklini alana qədər mikserlə qarışdırılır. Qarışığın üzərinə un əlavə edilir və yenidən mikserlə çalınıb yumşaq xəmir yoğrulur. Xəmirdən parçalar qoparılır və ovuc içində yumrulanıb üzərinə qabığı təmizlənmiş fındıq ləpəsi yerləşdirilir. Əvvəlcədən 160 dərəcəyədək qızdırılmış sobada 30 dəqiqə bişirilir.

Şərbətin hazırlanması:
Şəkər tozu, su və limon suyu qaynadılır. Şərbət soyumuş şəkərparənin üzərinə gəzdirilir.

Nuş olsun!
Etiketlər: üzərinə, Şəkər, Şərbət, ləpəsi, mikserlə, yarması, kirşanı, əlavə, qabığı, yerləşdirilir, fındıq, təmizlənmiş, içində, Xəmirdən, yoğrulur, parçalar, qoparılır, Əvvəlcədən, yumrulanıb, dəqiqə
BİZİ İZLƏYİN